Avropa Şurasının baş katibi: “Cənubi Qafqaza sülh qayıdıb”

Dünya

24.09.2025 - 13:18

“Uzunmüddətli sabitlik və firavanlıq bizim ümumi məqsədlərimizdir”

“BMT Baş Assambleyası çərçivəsində görüşümüz zaman söylədiyi fikirlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”. AYNA.AZ xəbər verir ki, bu sözləri Avropa Şurasının baş katibi Alen Berset sosial şəbəkə hesabında yazıb.

"Cənubi Qafqaza sülh qayıdıb. Uzunmüddətli sabitlik və firavanlıq bizim ümumi məqsədlərimizdir. Biz əməkdaşlığın davamını gözləyirik", - o qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş