Avropa Putinlə Trampın telefon söhbətini “Rusiyanın qələbəsi” sayır

Dünya

20.05.2025 - 11:46

Həkimlər Klinikalar SEO Xidməti

Avropalılar ABŞ-ın Ukraynanı dəstəkləməkdən geri çəkilə biləcəyindən narahatdırlar

Avropa rəsmiləri Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığını “Rusiyanın böyük qələbəsi” kimi qiymətləndirib. Həmçinin avropalılar ABŞ-ın Ukraynanı dəstəkləməkdən geri çəkilə biləcəyi ilə bağlı narahatlıqlarını bildiriblər. AYNA.AZ xəbər verir ki, bu barədə Financial Times (FT) öz mənbələrinə istinadən yazıb.

“Mayın 19-da baş tutan telefon danışığı Rusiya Prezidenti üçün böyük qələbə idi”, – nəşr bir sıra avropalı rəsmilərin fikrinə əsasən qeyd edib.

Adı açıqlanmayan yüksək rütbəli avropalı diplomat qeyd edib ki, dövlət başçıları arasındakı son söhbət Vaşinqtonun Kiyevi dəstəkləməkdən “uzaqlaşmaq niyyətində” olduğuna işarə ola bilər. O həmçinin şikayət edib ki, belə bir ssenaridə “Ukraynaya hərbi yardım və maliyyə, habelə Rusiyaya təzyiq cəhdləri yalnız Avropa İttifaqının üzərinə düşəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş