Minskə qarşı yeni tədbirlər daha əvvəl Rusiyaya tətbiq edilən tədbirlərə uyğunlaşdırılıb
Avropa İttifaqı (Aİ) Belarusla bağlı maliyyə xidmətlərinin qismən qadağasını Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində tam qadağaya qədər genişləndirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ Şurasının bəyanatında qeyd edilib.
"Xüsusi maliyyə xidmətlərinin qadağası əməliyyatlara tam qadağaya qədər genişləndirilib. Belarusdan silah idxalına da embarqo tətbiq edilir", - məlumatda deyilir.
Belarusun hərbi sənaye kompleksinə aid səkkiz obyektə də sanksiyalar tətbiq edilib. Onların adları hələ dəqiqləşdirilməyib.
Bəyanatda bildirilib ki, Minskə qarşı yeni tədbirlər daha əvvəl Rusiyaya tətbiq edilən tədbirlərə uyğunlaşdırılıb.