Avro-2020-nin final oyunun ən yaxşı futbolçusu odur

İdman

12.07.2021 - 11:12

İtaliya yığmasının müdafiəçisi Roberto Bonuççu bu görüşün ən yaxşısı seçilib

 

Futbol üzrə Avro-2020-nin final görüşü çərçivəsində keçirilən İtaliya-İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşib. AYNA xəbər verir ki, İtaliya yığmasının müdafiəçisi Roberto Bonuççu bu görüşün ən yaxşısı seçilib.

 

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Yuventus”un formasını geyinən futbolçu bu matçda komandasının bərabərlik qolunu vurub.

 

Qeyd edək ki, “Avro-2020”nin qalibi İtaliya millisi olub. Londonda İngiltərə ilə 1:1 başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib - 3:2.

Müəllif: Ayna.az