Arxeoloqlar Türkiyədə 1600 illik Roma qalası aşkarlayıblar

Maraqlı

22.10.2024 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Aşkar edilən tikili qalıqları dünyanın ən qədim yerlərindən biri olan Hasankeyfdə tapılıb

Arxeoloqlar Türkiyədə IV əsrə, imperator II Konstantinin hakimiyyəti dövrünə aid Roma hərbi tikilisinin qalıqlarını aşkar ediblər. Aşkar edilən tikili qalıqları dünyanın ən qədim yerlərindən biri olan Hasankeyfdə tapılıb.

Romalılar Hasankeyfə gəldikdə imperatorluqlarının İranla sərhədində keşik çəkmək üçün bir qala tikiblər. “Vokrugsveta.ru” xəbər verir ki, qala yalnız bu ilin yayında tarixçi-arxeoloq Zekai Erdalın rəhbərlik etdiyi bir qrup tədqiqatçı tərəfindən aşkar edilib.

Tarixçi iri blok formalı daşların nəyə aid olduğunu müəyyən etmək üçün Roma memarlıq mütəxəssisləri ilə məsləhətləşib. Məlum olub ki, bunlar divar tikintisi avadanlığının hissələridir. Romalılar müntəzəm olaraq yerli ictimai binalar üçün bu üsuldan istifadə ediblər.

Bir vaxtlar Kefa adlanan bu qədim qala haqqında çox az şey məlumdur. 350-ci illərdə II Konstanti Roma İmperiyasının şərq sərhədi boyunca yerləşən strateji yerlərdə yerli əhalini fars basqınlarından qorumaq üçün Kefa da daxil olmaqla bir sıra qalalar tikdirib.

Hasankeyfdə bu illər ərzində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif tarixi dövrlərə aid əşyalar üzə çıxarılıb. Artefaktlar arasında Dəmir dövrünə aid gil at heykəlcikləri, 13-14-cü əsrlərə aid çiçək freskaları və Osmanlı dövrünə aid müsəlman tabutları var.

Qazıntı zamanı Erdal və komandası xalq təbabətində istifadə edilən sehrlərin üzərində yazılmış 800 illik “şəfalı qab” da tapıblar. Onlar həmçinin orta əsrlərdə oxatanların barmaqlarını qorumaq üçün istifadə etdikləri sümükdən və yarı qiymətli əqiqdən hazırlanmış iki üzük tapdılar.

2018-ci ildə tamamlanan Dəclə çayı üzərində İlisu bəndinin tikintisinə görə Hasankeyfin çox hissəsi su altında qalıb. Bir çox qədim tikililər və artefaktlar o vaxtdan bəri Arxeopark ərazisinə köçürülüb və onlar hələ də açıq səma altında muzeydə saxlanılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş