Aprelin ilk günü Bakıya yağış yağacaq

Xəbərlər

31.03.2023 - 15:14

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Aprelin 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Gecə 3°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 3-6° isti, gündüz 10-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Müəllif: Ayna.az