ANAMA daha 609 mina aşkarlayıb

Xəbərlər

27.03.2023 - 11:05

İşğaldan azad olunmuş 1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bu barədə AYNA-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Məlumata görə, 1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Müəllif: Ayna.az