Ağcabədidə 30 yaşlı qadın öldürüldü: qardaşı şübhəli şəxs qismində saxlanılıb

Hadisə

18.07.2022 - 11:03

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir

İyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Ağcabədi Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş