Ağac kəsilməsinə görə şirkətlə bağlı prokurorluğa müraciət edilib

Xəbərlər

01.06.2021 - 11:54

“Qərb Ekol” MMC tərəfindən təbiətə 7000 manat məbləğində ziyan vurulub

 

Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

 

AYNA-nın xəbərinə görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” MMC tərəfindən palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

 

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib”.

 

Müəllif: Ayna.az