Ədliyyə Nazirliyi təşkilatın müraciətinə müsbət cavab verib
AĞ Partiyanın dövlət qeydiyyatı təsdiqlənib. AYNA xəbər verir ki, bu barədə təşkilatın sədri Tural Abbaslı bildirib.
““Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən düzəlişlər edərək Ədliyyə Nazirliyinə təqdim etdiyimiz məktuba bu gün səhər Ədliyyə Nazirliyindən rəsmi cavab məktubu göndərilib. Məktubda qeyd edilir ki, AĞ Partiyanın üzvlərinin reysterinin qanuna uyğunluğu yoxlanılmış və bu proses yekunlaşaraq partiyamız qeydə alınmışdır. Bu münasibətlə bütün AĞ Partiyaçıları təbrik edirəm və bundan da böyük naliyyətlər arzu edirəm! Vətənimiz, xalqımız üçün xeyirli uğurlu olsun!”, - deyə Abbaslı vurğulayıb.