Acun Ilıcalı “Hull City” klubunu alıb

Maraqlı

02.01.2022 - 21:24

“İngiltərə çempionatında çıxış edən “Hull City” komandasını aldım”

Türkiyənin tanınmış şoumeni və teleprodüseri Acun Ilıcalı İngiltərənin futbol klubu “Hull City”ni alıb.

AYNA Türkiyə mediasına istinadən bildirir ki, bunu Ilıcalının özü deyib: “İngiltərə çempionatında çıxış edən “Hull City” komandasını aldım. Buradakı bütün azarkeşlərimizə və tamaşaçılarımıza səslənirik - “Hull City”nin “Instagram” hesabını izləməyinizi istəyirik”.

Qeyd edək ki, prodüserin canlı yayımda etdiyi etirafdan sonra klubun “Instagram”dakı izləyicilərinin sayı 291 mindən 411 minə yüksəlib.

Müəllif: Ayna.az