Qəza Navaxo- Neyşen ərazisində baş verib
ABŞ-ın Arizona ştatında yüngül tibbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. AYNA.AZ CNN-ə istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb.
Kiçik təyyarə qəza baş verən zaman yaxınlıqdakı xəstəxanadan bir xəstəni götürmək üçün yola düşübmüş.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) məlumatına görə, “Beechcraft 300” qəzaya uğrayıb və NTSB müstəntiqləri hadisə yerinə gediblər.
Məlumata görə, qəza Navaxo- Neyşen ərazisində baş verib.