ABŞ-də keçirilən mitinqdə atışma baş verib

Dünya

15.06.2025 - 14:48

cedabet dərman SEO Xidməti

Hadisə ilə bağlı üç nəfər saxlanılıb

ABŞ-nin Yuta ştatının Solt-Leyk Siti şəhərində keçirilən aksiyada atışma baş verib.

AYNA.AZ xəbər verir ki, şəhər polisi “X” sosial şəbəkəsində bildirib.

Qeyd olunub ki, atışmada bir nəfər xəsarət alıb və o, xəstəxanaya çatdırılıb.

“Biz Seyt Strit yaxınlığındakı nümayişlə əlaqəli olduğu güman edilən atışma ilə bağlı araşdırma aparırıq. Atışmadan sonra bir nəfərin ağır vəziyyətdə olduğunu təsdiqləyə bilərik”, - məlumatda deyilir.

Hadisə ilə bağlı üç nəfər saxlanılıb.

“CNN” isə yazır ki, aksiya əvvəlcədən planlaşdırılıb və polislə razılaşdırılıb. Atışmadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağılışmağa çağırıb.

79 yaşı tamam olan prezidentin ad günündə ABŞ-nin əksər ştatlarında Donald Trampın siyasətinə qarşı “Krallar yoxdur” aksiyaları keçirilir. Solt-Leyk Sitidə keçirilən mitinqə 10 minə yaxın insan iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş