ABŞ-da 220 milyondan çox amerikalı tam peyvənd olunub, 100 milyondan çoxu isə revaksinasiya olunub
ABŞ səlahiyyətliləri "Pfizer"in "BioNTech" və "Moderna" koronavirus peyvəndlərini beş yaşdan kiçik uşaqlar üçün təsdiqləyib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.
Bayden bildirib ki, bu, ABŞ-da COVID-19 ilə mübarizədə mühüm addımdır. Prezidentin sözlərinə görə, ABŞ dünyada bu cür peyvəndlərə icazə verən ilk ölkə olub.
O vurğulayıb ki, bu peyvəndlər təhlükəsizdir və valideynlərə övladının koronavirusun təsirindən qorunduğuna əminlik yaradır.
Prezidentin sözlərinə görə, ABŞ-da 220 milyondan çox amerikalı tam peyvənd olunub, 100 milyondan çoxu isə revaksinasiya olunub.