Yaqub Zurufçunun vəziyyəti ağır stabil olaraq qalır

Mədəniyyət

10.09.2021 - 14:46

“Yeni Klinika” Əməkdar artistin səhhəti barədə məlumat yayıb

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son vəziyyəti açıqlanıb.

AYNA xəbər verir ki, "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımovun sözlərinə görə, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.

 “Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, - deyə şöbə müdiri bildirib.

Müəllif: Ayna.az