2023-cü ildə dünya əhalisi 75 milyon nəfər artıb
2023-cü ildə dünya əhalisi 75 milyon nəfər artıb və 2024-cü il yanvarın 1-də səkkiz milyarda çatacaq. AYNA xəbər verir ki, bu barədə “Associated Press” ABŞ-ın Siyahıyaalma Bürosuna istinadən məlumat yayıb.
Nəşr “Brookings” İnstitutunun demoqrafı William Freyadan sitat gətirib: "Əgər cari göstəricilər onilliyin sonuna qədər davam edərsə, 2020-ci illər ABŞ tarixində ən yavaş artım onilliyi ola bilər. 2020-ci ildən 2030-cu ilə qədər olan on illik dövr ərzində artım templəri 4 faizdən azdır".
Bu, artım tempinin 7,3 faiz olduğu 1930-cu illərdə “böyük depressiyadan” bəri ən aşağı əhali artım tempindən də aşağıdır. Bununla belə, demoqraflar pandemiyadan sonra göstəricilərdə yavaş artım gözləyirlər.
Qeyd edək ki, 2022-ci ildə dünya əhalisinin səkkiz milyard nəfərə yaxınlaşdığı bildirildi. 2011-ci ildə dünya əhalisi yeddi milyarda çatdı.