Ya şah, ya eşşək, ya da hər ikisi ölənə qədər gözləyəcəklər

Siyasət

29.05.2021 - 14:11

Aleksey Bluminov: “Baydenin Ukraynanı Putinə “satacağı” ehtimalı yüksəkdir”

 

ABŞ və Rusiya prezidentləri tezliklə Cenevrədə görüşəcəklər. Qeyd edək ki, bu, Co Bayden hakimiyyətə gəldikdən, Putinin “qatil” olduğunu söylədikdən, nəticədə Ukraynanın cənub-şərqindəki vəziyyətin az qala müharibə həddinə qədər gərginləşməsindən sonra liderlərin ilk görüşü olacaq.

 

Eyni zamanda, amerikalıların “Nord Stream 2”-yə qarşı sanksiya tətbiq etməyəcəklərinə dair son xəbərlərin Ukraynaya yaxşı heç nə vəd etmədiyini söyləmək lazımdır. Beləliklə, Ukrayna bir tranzit ölkə olaraq həm Qərb, həm də Rusiya üçün dəyərini itirir.

 

Mövzuya dair AYNA-nın suallarını ukraynalı siyasi analitik Aleksey Bluminov cavablandırıb.

NATO Ukraynada Rusiya əleyhinə vuruşacaq – Blüminov

- Putinlə Bayden arasında görüş gözlənilir. Ukraynanın bu görüşdən gözləntiləri nədir?

 

- Qəribədir, amma görüş bizdə narahatlıq yaradır. Bayden digər məsələlərdə müəyyən irəliləyiş müqabilində, Ukraynanı Putinə asanlıqla “verə bilən” bir insan kimi qəbul edilir. Və bunu artıq “Nord Stream 2”-yə tətbiq olunan sanksiya təzyiqini qaldıraraq, bunu almanlarla (və onlar vasitəsilə NS2-nin ikinci benefisiarı kimi Rusiya ilə) Ukrayna kimi “boş bir şeyə” görə mübahisə etməmək amili ilə mübahisələndirərək sübut etdi. Nəticədə qaz kəməri tamamlanacaq, qaz Ukrayna borusundan yan keçəcək və Ukraynanı qaz xabından qaz dalanına çevirəcək. Və Kiyev yalnız bütün Ali Rada adından kəndə - Bayden babaya növbəti məktubu yazmalı olacaq. Əslində aktiv bir xarici siyasətimizin olmaması çox pisdir və əslində çox şey bizdən asılı deyil. Yalnız gözləmək qalır - “böyük dayılar” bizsiz nə barədə razılığa gələcəklər və “böyük dayımız” Ukraynanın maraqlarını öz xeyirlərinə qurban verəcəkmi?

 

- Qeyd edək ki, görüşlə bağlı məlumatlar Ukrayna ətrafında vəziyyətin gərginləşməsindən dərhal sonra ortaya çıxdı. Ağ Ev Kremlə güzəşt edir?

 

- Qorxuram ki, məhz Baydenin hakimiyyəti dövründə Ukraynanı Minsk razılaşmalarının siyasi hissəsini yerinə yetirməyə məcbur edəcəklər. Bu yanaşmanın səbəbi Rusiyaya olan məhəbbət deyil, Amerikanın maraqlarıdır. Rusiya Federasiyasına qarşı tətbiq olunan sanksiyaların gözlənilən effekti vermədiyini gördülər ki, bu da Avropada (Makron) tanındı. Üstəlik, indi Rusiya Federasiyası Lukaşenko rejiminə təsirini nəzərəçarpacaq dərəcədə artırdı və onların manevr imkanlarını daraltdı. Rusiya Qafqazda aktiv rolunu bərpa etdi, Afrikada fəal işləyir və Suriyanı tərk etmək niyyətində deyil. ABŞ-ın isə indi bir əsas rəqibi var - Çin. Düşünürəm ki, Bayden rəhbərliyi Çinin “Bir Kəmər - Bir Yol” kimi geoiqtisadi layihələrini pozacağına ümid edir.

 

Sırf Ukraynaya qayıdaq. Xatırladığınız kimi, mart-aprel aylarında Donbass ətrafında vəziyyət kəskinləşdi, demək olar ki, müharibə gözlənilirdi. Lakin Rusiya Federasiyası sərt cavab verməyə hazır olduğunu göstərdi, qoşunlarını sərhədlərə çəkdi və nəticədə Vaşinqton Kiyevə təzyiq göstərməyə məcbur oldu ki, həvəslərini mülayimləşdirsinlər və yavaşlasınlar. Kim nə desə də, Putin ilə danışıqlar aparmaq lazımdır. Aydındır ki, o, heç hara getməyəcək, Navalnı “kartı” da vuruldu və yaxın gələcəkdə Rusiyanın ciddi daxili təlatümlərinə ümid etmək perspektivli deyil.

 

Həm də qeyd edim ki, medianın məlumatlarına fikir versək, görərik ki, bu görüşə ABŞ-ın (və Ukraynanın) Moskvadan daha çox ehtiyacı olduğu görünür. Kremlə ünvanlanan “Bəlkə  danışaq?” tipli ilk siqnallar Qərb mətbuatından və Amerika nümayəndələrinin dillərindən davamlı bir axınla gəlir, ancaq Putin birbaşa danışmaq istəyi də nümayiş etdirmir. Yeri gəlmişkən, “Normand formatı”nın rəhbərləri müşavirlərinin bugünlərdəki iclası məhz ona görə baş tutmadı ki, Bayden və Putin hələ danışmayıblar. Yəni, kiçik rütbəli məmurların danışacaqları bir şey yox idi. Sövdələşmə üçün sərhədlər göstərilməyib və mümkün güzəştlərin siyahısı da dəqiqləşməyib. Buzları qırmaq üçün kimin və nəyi qurban verməyə hazır olduğu hələ bəlli deyil.

 

- Bu görüşün Kreml üçün nəticələri necə olacaq: kəskinləşmə, yoxsa tərəflər nəticəsiz dağılışacaq?

 

- Bunu demək çətindir. Hesab edirəm ki, Kreml indi özünü daha inamlı hiss edir. Daxili müxalifəti məğlub etdilər. Yeni Dumanın istənilən dizaynı artıq hakimiyyətin cibindədir, neft qiymətləri artır və bu isə o deməkdir ki, həm də qızıl və valyuta ehtiyatları çoxalır. Amerika qiymətli kağızlarına yatırımlar isə, əksinə azalır - bu əməliyyatları qadağan edən ABŞ sanksiyaları sayəsində. Rusiyanın ABŞ-dan asılılığı bu gün beş il əvvələ nisbətən daha azdır. Və manevr üçün imkanlar daha yüksəkdir. Hesab edirəm ki, Kreml Merkelin və Baydenin əvəzediciləri ilə söhbətə hazırlaşır, sonuncunun yaşını nəzərə alsaq, ikinci dönəminə getməsi ehtimalı azdır. Ancaq Putin 2024-cü ildə Konstitusiyaya edilən dəyişikliklər sayəsində yenidən prezidentliyə namizəd ola biləcək. Xoca Nəsrəddin haqqında ərəb nağılından klassik bir sxemlə hərəkər edilir: ya şah, ya eşşək, ya da hər ikisi ölənə qədər gözləyəcəklər.

Müəllif: Nicat Hacıyev