Sosial şəbəkələrdə heyvanın cəsədinin zibil və yemək qalıqları arasında fotosu yayımlanıb
Ukraynanın Rovno vilayətinin Kostopil şəhərində ət kombinatının yaxınlığındakı poliqonda şir cəsədi tapılıb. AYNA xəbər verir ki, bu barədə “Korotko Pro” nəşri məlumat yayıb.
Sosial şəbəkələrdə heyvanın cəsədinin zibil və yemək qalıqları arasında fotosu yayımlanıb. Yerli sakinlər şirin bu həftə şəhərə gələn sirkin tərkibində ola biləcəyini ehtimal edirlər. Lakin nəşrin məlumatına görə, sirk proqramında şirlər olmayıb.
Digərləri isə şirin şəhər sakinlərindən birinə aid ola biləcəyini və yaşayış binasında qeyri-qanuni saxlanıldığı fikrini irəli sürüblər.
