Ucarda xəstəxana qarşısında intihara cəhd

Hadisə

13.12.2022 - 13:45

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaş polis şöbəsinə gətirilərək problemləri dinlənilib

Ucar xəstəxanasının qarşısında intihara cəhdin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd edilib ki, dekabrın 10-da Ucar rayon sakini O.Ələkbərov Rayon Mərkəzi Xəstəxanasının qarşısında üzləşdiyi problemlə bağlı özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan Ucar Rayon Polis Şöbəsinin (RPŞ) Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən alınıb və vətəndaş polis şöbəsinə gətirilərək problemləri dinlənilib.

O.Ələkbərovu narahat edən məsələ ilə bağlı RPŞ-nin Təhqiqat Bölməsində ilkin araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş