Türkiyədə “Zafer nağmeleri”

Mədəniyyət

16.08.2023 - 15:34

Şahnaz Şahinin kitabı təqdim edilib

Şair- publisist Şahnaz Şahinin bu ilin may ayında Türkiyədə “Zafer nağmeleri" adlı kitabı çapdan çıxıb. AYNA xəbər verir ki, kitabın çapı ilə əlaqədar Ş.Şahin avqust ayının 9 və 10- da Ankarada "Gənc Yürekler" dərgisinin qonağı olub.

Bundan başqa, o, TÜRKSOY, “Türkiyənin sesi” radiosu, dərginin internet televiziya proqramı olan "Mohabbat sofrası", “Krım Xəbər ajansı”nın "Memleket hikayeleri" internet televiziyasında da yeni kitabını təqdim edərək Azərbaycan və doğma Qarabağdan bəhs edib.

Qarabağ müharibəsində xalqımızın qazandığı böyük qələbədən söz açan şair çətin günlərdə Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərdiyini vurğulayıb.

“Ermənilər Şuşadakı tarixi əsərlərimizi, türbə və sənət abidələrimizi məhv etdi. Amma dövlətimiz azad edilmiş yurdlarımızı dircəldəcək, çiçəkləndirəcək”, deyən Şahnaz Şahin hamını duyğulandırıb.

Azərbaycanlı şair eləcə də 2023-cü ilin iyul ayında "Vaqif Poeziya Günləri" çərçivəsində Şuşaya etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb, tədbirə qatılanların suallara cavab verib.

Keçirilən görüşlərdə şair "Zafer Nağmeleri" kitabını da imzalayıb.

Türkiyədə “Zafer nağmeleri” Türkiyədə “Zafer nağmeleri” Türkiyədə “Zafer nağmeleri” Türkiyədə “Zafer nağmeleri”
Müəllif: Ayna.az