Türkiyədə yaşayan bir qrup azərbaycanlı bəyanat yaydı

Mədəniyyət

12.07.2019 - 18:51

Həkimlər Klinikalar SEO Xidməti

"Sözümüz bir, andımız bir, amalımız birdir!" 

 

Türkiyədə yaşayan bir qrup azərbaycanlı ziyalı yeni hərəkat başladıblar. AYNA-ya bu barədə Türkiyədə yaşayan şair Elçin Aslangil məlumat verib.

 

O, "SÖZbir"adlanan hərəkatın bəyənatına da təqdim edib:

 

"Sözümüz birdir! 

Bilinsin və agah olsun ki, bizlər Türkiyədə yaşayan "SÖZbir" hərəkatının üzvləri olaraq Türkiyə və Azərbaycan Cumuhuriyyətlərinin bütövlüyü, diriliyi, daim olan varlığı, dövlətçiliyi üçün edə bilməyəcəyimiz heç bir şey, fəth edə bilməyəcəyimiz zirvə, öhdəsindən gələ bilməyəcəyimiz çətinlik mövcud deyil.

Amalımız və məqsədimiz birdir. Məmməd Əmin Rəsulzadənin, Atatürkün, dövlətçiliyimizin sözü sözümüz, andı andımız, əhdi əhdimizdir!

Dini və siyasi baxışları, etnik kimliyi və milliyyəti hər nə olursa olsun, hər iki Cumhuriyyəti özünə vətən sayan hər kəs bizdəndir və hər kəsi qucaqlayıb, bağrımıza basırıq.

Milli maraqlarımız, xalqımızın, ulusumuzun mənafeyi uğrunda ümdə silahımız olan qələmimizlə daim xidmət göstərəcəyimizdən kimsənin şübhəsi olmasın.

İstər Türkiyədə, istərsə də Azərbaycanda dövlətçiliyimizə zərər verəcək, müstəqilliyimizi və özgürlüyümüzə xətər yetirəcək istənilən pozucu qüvvə, istərsə də sapı özümüzdən olan baltalar hədəfimiz olmaqdan bir mərrə çəkinməli və qorxmalıdırlar.

Sözümüz Birdir! Fəaliyyətimizin ana yolu Qarabağ adlı şah damarımızdan keçib, birlik, dirilik oluşduracaq. Bu yol bizim yolumuzdur. Sözümüz bir, andımız bir, amalımız birdir!

"SÖZbir" hərəkatının idarə heyyəti:

Aygün Həsənoğlu

Nigar Ögeday

Şəbnəm Karslı

Məhsəti Şərif

Çiçək Həsənova

Nərgiz Əziz

Elçin Aslangil"

Müəllif: Ayna.az