Kino sahəsi üzrə ilin ən yaxşıları seçilib

Mədəniyyət

06.01.2020 - 09:07

Antonio Banderas ən yaxşı aktyor, Mary Kay Place ən yaxşı aktrisa seçilib

 

Amerikalı kino tənqidçiləri 2019-cu ilin ən yaxşı filmini seçiblər. AYNA xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyadan olan rejissor Pong Joon-ho-nun "Parazitlər" filmi ABŞ-ın Milli Tənqidçilər Cəmiyyətinə görə, 2019-cu ilin ən yaxşı filmi olub.

 

Bu film Pong Joon-ho və Han Jin-vinə ən yaxşı ssenari mükafatının da qazandırıb.

Кадр из фильма Паразиты

Kino tənqidçiləri ən yaxşı rejissor olaraq isə "Kiçik qadınlar" dramatik filmi üçün amerikalı Greta Gerviqi seçiblər.

 

Antonio Banderas ("Ağrı və Şöhrət") ən yaxşı aktyor, Mary Kay Place ("Diana") ən yaxşı aktrisa seçilib.

 

Ən yaxşı operator mükafatını "Yanğında bir qızın portreti" və "Atlantik" filmlərindəki işinə görə Claire Maton alıb.

 

60 üzvü olan ABŞ Milli Film Tənqidçiləri Cəmiyyəti yüksək standartlarına görə tanınır. Onun mükafatları dünyada ən nüfuzlular siyahısına daxildir.

Müəllif: Ayna.az