Tramp Rusiyanın enerji infrastrukturlarına hücuma icazə verib

Dünya

25.09.2025 - 21:55

"Cavab zərbələri Rusiyanın enerji təsisatlarına və silah istehsalı zavodlarına qarşı həyata keçiriləcək"

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı enerji infrastrukturlarına hücum edəcəyi təqdirdə, Rusiyaya cavab zərbələrinin endirilməsinə razılıq verib.

AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində deyib.

Onun sözlərinə görə, "cavab zərbələri Rusiyanın enerji təsisatlarına və silah istehsalı zavodlarına qarşı həyata keçiriləcək".

Zelenski ABŞ-dan əlavə uzaq mənzilli raketlərin alınacağı təqdirdə, onların istifadə ediləcəyini əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş