Ticarət müharibəsində Çindən yeni həmlə

İqtisadiyyat

23.08.2019 - 17:29

Gömrük rüsumlarının bir hissəsi sentyabrın 1-dən, bir qismi isə 15-dən etibarən qüvvədə olacaq

 

Çin ABŞ ilə ticarət gərginliyini artırmaq məqsədilə qisas olaraq ABŞ-dan 75 milyard dollar dəyərində idxal edilən məhsullara əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

 

AYNA xarici mediaya istinadən xəbər verirt ki, Çinin Ticarət Nazirliyindən verilən açıqlamada ABŞ-dan gətirilən 5.788 məhsula görə 5 faizdən 10 faizə qədər əlavə gömrük rüsumu tutulacağı bildirilib.

 

Əlavə gömrük rüsumları tutulacaq məhsullara kənd təsərrüfatı məhsulları, xam neft, kiçik təyyarələr və avtomobillər daxildir.

 

Gömrük rüsumlarının bir hissəsi sentyabrın 1-dən, bir qismi isə 15-dən etibarən qüvvədə olacaq.

 

Çinin ABŞ-a gömrük rüsumunu artırması xəbərindən  sonra Avropa birjalarında geriləmə müşahidə olunub.

Müəllif: Ayna.az