TƏBİB-dən gözəllik salonu işçilərinin koronavirusa yoluxması xəbərinə <font color=red> REAKSİYA</font>

Xəbərlər

02.06.2020 - 12:37

Rəvanə Əliyeva: “Virus aşkarlanan şəxslər digər virus daşıyıcıları kimi rəsmi qeydiyyata alınırlar”

 

Bakıda gözəllik salonunun əməkdaşlarında koronavirus aşkarlanıb. Yerli mediada yayılan xəbərə görə, “Orxideya Beauty Studio”nun üç işçisi COVID-19-a yoluxub. Həmin şəxslərin xəstəxanaya yerləşdirildikləri bildirilir. Faktı gözəllik salonundan təsdiqləyiblər.

 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva isə AYNA-ya açıqlamasında bildirib ki, əgər belə bir fakt varsa, bu haqda ümumi məlumat verilir:

 

“Yəni doğrudan da gözəllik salonu əməkdaşları koronavirusa yoluxublarsa, onlar ümumi yoluxanların içərisində gedir, kimlikləri konkret açıqlanmır. Ümumiyyətlə virus aşkarlanan şəxslər digər virus daşıyıcıları kimi rəsmi qeydiyyata alınırlar, müalicəyə götürülürlər”.

Müəllif: Aləmdə Nəsib