TARİXƏ QOVUŞAN TARİXİ ŞƏXSİYYƏT

Qulu Məhərrəmli

25.06.2019 - 11:11

Onun vəfatı xəbəri mürgülü cəmiyyətimizdə göy gurultusu kimi səs saldı. Dünəndən bəri media bu məlumatı yayır, xəbər başlıqlarına ən cazibədar epitetlər çıxarılır. Görkəmli tədqiqatçı  alim və pedaqoq, ziyalı və millət fədaisi Şirməmməd Hüseynovun haqq dünyasına qovuşması sosial şəbəkələrin də əsas mövzusuna çevrilib.Vida sözlərini ən məhrəm ifadələrə hopduran insanlar onun vəfatına təəssüflənir, mütəəssir olduqlarını dilə gətirirlər, çünki hamı Ş.Hüseynov çəkidə bir şəxsiyyət itkisinin miqyasını anlayır, bu itki ilə  mənəvi mühitdə dərinləşəcək boşluğu görür, gələcək təhlükələri duyur...

Qulu Məhərrəmli


Ramanada faciə

Dünən, 17:26 Hadisə