O medalın görünməyən üzü…

Qulu Məhərrəmli

18.07.2019 - 13:25

Və ya Cümhuriyyət-100 yubiley medalını niyə urvatsız edirlər?

 

Bizim cəmiyyətin çeşidli mükafatlara, o cümlədən orden-medala, fəxri adlara, adlı təqaüdlərə və s. bir özgə həssaslığı var. Mükafat da belə bir şeydir ki, layiq olmayan adama veriləndə həmişə söz-söhbəti uzun çəkir, xeyli suallar, gümanlar, şübhələr çıxır ortaya. Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı təsis edilmiş yubiley medalının son bir həftədə demək olar ki, kütləvi şəkildə paylanmasına da məmləkət əhlinin reaksiyası təxminən belə oldu…

 

*  *  *

 

Əvvəla, onu ərz edək ki, bir əsr əvvəl keşməkeşli bir zamanda, o dövrlərə kimi coğrafi anlayış kimi qavranılan “Azərbaycan” adına siyasi məzmun verib onu tarix səhnəsinə çıxarmış, bu adı dünya ilə bir etmiş və indi də qürur mənbəyimiz olan Cümhuriyyət adına medalın təsis edilməsi çox yaxşıdır, amma onun bir ildən sonra bu cür urvatsız şəkildə paylanması pisdir.

Qulu Məhərrəmli