Sürücülərin nəzərinə!

Xəbərlər

07.05.2023 - 15:33

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, mayın 8-də əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında arabir duman olacağı, magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş