Sumqayıtda yataqxanada yanğın olub

Hadisə

06.12.2022 - 12:43

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan mənzildə bir ədəd çarpayı, bir ədəd televizor və bir ədəd elektrik qızdırıcısı yanıb.

AYNA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az