Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Xəbərlər

09.12.2022 - 02:26

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib

Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq ölüb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb.

 

Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır.

Müəllif: Ayna.az