Sülhməramlıların 6 avtomobili Xankəndidən Laçına sərbəst keçib

Xəbərlər

03.01.2023 - 12:16

cedabet dərman SEO Xidməti

Təminat avtomobilləri dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

AYNA xəbər verir ki, yanvarın 3-də Rusiya sülhməramlılarına məxsus daha beş təminat və bir minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru istiqamətinə maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin dezinformasiyasından başqa bir şey deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş