Şəhriyar 4-cü oldu

İdman

23.12.2019 - 01:09

Təmsilçimiz ən yaxşı nəticəni Qran-Pri seriyasının Riqa mərhələsində qalib olmaqla göstərib

 

Şahmat üzrə “Grand Prix 2019” yarışları başa çatıb.

 

AYNA-nın məlumatına görə, şahmatçımız Şəhriyar Məmmədyarov “Grand Prix 2019” seriyasından olan yarışların yekunlarına görə 10 xalla 4-cü yerdə qərarlaşıb. Təmsilçimiz ən yaxşı nəticəni Qran-Pri seriyasının Riqa mərhələsində qalib olmaqla göstərib.

 

Qran-Pri seriyasının qalibi rusiyalı şahmatçı 20 xalla Aleksandr Qrişuk olub. İkinci yeri Rusiyanın digər təmsilçisi, İsrailin Qüds/Yerusəlim şəhərində keçirilmiş seriyasının dördüncü mərhələsinin qalibi Yan Nepomnyaşi tutub. Hər iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə ediblər.

Müəllif: Ayna.az