İyulun 31-də 1 ABŞ dolları 1,7 manata bərabər olacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) dolların iyulun 31-nə olan rəsmi məzənnəsini açıqlayıb. AYNA-nın AMB-yə istinadən verdiyi məlumata görə, 31.07.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün də eyni məzənnə mövcud olub.