Rüsumları 50 faiz qaldırırlar, adı da “vətəndaş məmnunluğu” imiş - <font color=red> NƏ BAŞ VERİR?!</font>

Cəmiyyət

24.09.2019 - 20:00

“Əslində, bu, vətəndaşın cibinə, büdcəsinə dolayı vergi tətbiq etmək deməkdir”

 

Xəbər verdiyimiz kimi, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumunun artırılması "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

 

Eyni zamanda, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılır.

 

Məsələ ilə bağlı mətbuata açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun sözlərinə görə, Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırda DİN tərəfindən zəruri tədbirlər görülür ki, bunlardan biri də avtonəqliyyat vasitələrinə texniki baxış sisteminin təkmilləşdirilməsidir: “Bu sahədəki yeniliyin əsas məqsədi istismara yararsız, nasaz vəziyyətdə olan avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının minimallaşdırılması, ətraf mühiti çirkləndirmə səviyyəsinin aşağı salınması və bir sıra hallarda nəqliyyat vasitələri sahiblərinin narazılığına səbəb olmuş neqativ halların aradan qaldırılmasıdır”.

Ülviyyə Şahin