"Düşünürəm ki, Kriştianu Ronaldo hazırda dünyanın ən yaxşısıdır. O, ən stabil oyunçudur"
Futbol kralı Pele hazırda dünyanın ən yaxşı futbolçusunun "Yuventus"lu Kriştianu Ronaldo olduğunu bildirib.
AYNA-nın APA-ya istinadən məlumatına görə, braziliyalı canlı əfsanə Portuqaliya millisinin kapitanını hətta "Barselona"lı Lionel Messidən də üstün tutub.
80 yaşlı üçqat dünya çempionu bunu Ronaldonun stabilliyi ilə əlaqələndirib: "Düşünürəm ki, Kriştianu Ronaldo hazırda dünyanın ən yaxşısıdır. O, ən stabil oyunçudur. Ancaq təbii ki, Messini də unutmaq olmaz".
Pele futbol tarixinin ən yaxşısı kimi isə özünü göstərib: "Çətin sualdır. Ziko, Ronaldinyo, Ronaldo, avropalılardan Bekkenbauer, Kroyffu unutmamalıyıq. Bu mənim günahım deyil, ancaq fikrimcə, Pele hamısından yaxşı idi. Çünki onları mənimlə müqayisə edirlər".