“Rusiya ilə Türkiyənin Qarabağa dair anlaşması mümkündür” – <font color=red> TROFİMÇUK</font>

Siyasət

28.07.2020 - 18:56

Həkimlər Klinikalar SEO Xidməti

Politoloq: “ABŞ ilə münasibətlərdə problemi olan Türkiyə, Qarabağ münaqişəsi ilə məşğul olan Rusiya üçün əlverişli tərəfdaşdır”

 

Rusiya-Ermənistan, Türkiyə-Azərbaycan hərbi təlimləri, regionda və Qarabağ ətrafında baş verən son proseslər hazırda ən çox müzakirə olunan mövzulardır. AYNA bu istiqamətdə rusiyalı politoloq, təhlükəsizlik üzrə ekspert Qriqori Trofimçukla həmsöhbət olub.

 

- Bundan əvvəl Rusiya-Ermənistan birgə hərbi təlimlərinin keçiriləcəyi xəbəri yayılmışdı. Bunun ardınca Azərbaycanla Türkiyə birgə hərbi təlimlərə start verdi. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iki ölkənin formatından kənara çıxdığını və regional qarşıdurmaya çevrildiyini söyləyə bilərikmi?

 

- Qarabağ münaqişəsinin miqyası Sovet İttifaqının dağılması prosesində bəlli oldu. Bu zaman bütün dünyanın iki əsas siyasi qütbündən biri olan SSRİ-nin dağılması üçün istifadə edilən ən güclü vasitələrdən biri məhz Qarabağ münaqişəsi oldu. Qarabağdan əvvəl keçmiş SSRİ-də yalnız iki güclü həyəcan zəngi vurulmuşdu: Krım tatarları və Qazaxıstan.

 

Bu gün Qarabağ problemi həll edilməyib, münaqişə söndürülməyib, müharibə potensialı həddindən artıq ciddidir. Buna görə də Cənubi Qafqaz miqyasında olsa belə, regional format, əminəm ki, bu münaqişə üçün çox kiçik olacaq. Hərbi təlimlərə gəldikdə, onların ardıcıllığı müxtəlif kompozisiyalarda və cütlüklərin iştirakı ilə, yalnız qarşıdurma tərəflərinə psixoloji təzyiq üçün onların sayı artacaq. Ancaq bu, müəyyən zümrəyə ünvanlanıb. Məsələn, təlimlər mənə xüsusi təsir göstərmir, belə ki, bildiyimə görə, təlimlərdən sonra adətən müharibə olmur. Yəni, təlimlər varsa, onda bir qayda olaraq müharibə yoxdur.

- Qarabağın dünya siyasətinin bir mövzusuna çevrildiyini demək mümkündür?

 

- Bəli, Qarabağ geosiyasətin qovşaqlarından biri idi və qalır. Amma indiyə qədər heç kim siyasi mənfəətlərini nəzərə alaraq bundan tam istifadə etməyib. Bu günə qədər münaqişə yarımdondurulmuş bir mərtəbədə qalır. "İstifadəsi" dedikdə, məsələn, Qarabağ münaqişəsinin indiki formasında ABŞ-ın təsiri altına düşməsi kimi prosesləri nəzərdə tuturam. Rusiya üçün, regionda qurbanların sayının artacağı ilə müşayiət olunan əsl müharibənin partlamaması vacibdir. Ancaq bu, bir taktikadır və Rusiya təəssüf ki, hələ münaqişənin həlli üçün strategiya təklif etməyib.

 

- Rusiya və Türkiyənin bu münaqişə ilə bağlı danışıqlar prosesində uğur qazana biləcəyi bir vəziyyət yarana bilərmi?

 

- Rusiya ilə Türkiyə arasında Qarabağla bağlı anlaşma olduqca mümkündür. Ancaq bunun üçün bəzi əsas şərtlər dəyişməli və yetkin olmalıdır. Məsələn, Ermənistan rəhbərliyi daha açıq şəkildə Qərb kursuna istiqamət götürən zaman. Belə situasiyada bölgədəki vəziyyəti sabitləşdirmək üçün Rusiya-Türkiyə riçaqından istifadə oluna bilər. Ancaq indinin özündə də Moskva ilə Ankara arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi fikir ayrılığı yoxdur. Axı bu, Suriyadakı kürd məsələsi deyil, burada hər şey daha sadədir.

 

ABŞ ilə münasibətlərdə problemi olan Türkiyə, Qarabağ konflikti ilə məşğul olan Rusiya üçün obyektiv olaraq əlverişli tərəfdaşdır. Axı, Paşinyan ortaya çıxmazdan əvvəl də Ermənistanın torpaqları boşltmaq baxımından əsas tələbi həmişə bölgədə təhlükəsizlik faktoru olub. Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq amili olmadan buna nail olmaq çətindir.

Müəllif: Nicat Hacıyev

Pin up casino Pin-up casino giriş