Rəşad Nəbiyev Naftalana gedəcək

Xəbərlər

28.03.2023 - 15:57

Nazir vətəndaşlarla görüşəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aprelin 4-də, saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax, həmçinin Gəncə, Mingəçevir və Naftalan sakinlərini qəbul edəcək.

Nazirlikdən AYNA-ya bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün aprelin 3-nə nazirliyin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

Müəllif: Ayna.az