İlham Əliyev Sərəncam imzalayıb
Aktyor Ramiz Məlik təltif olunub. AYNA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Ağarza oğlu Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir.