Türkiyənin tanınmış aktyoru vəfat edib

Mədəniyyət

09.03.2021 - 00:57

Rasim Öztəkin müalicə aldığı xəstəxanada dünyasını dəyişib

 

Türkiyənin tanınmış aktyoru Rasim Öztəkin vəfat edib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, infarkt keçirdikdən sonra xəstəxanada müalicə alan 62 yaşlı aktyor dünən dünyasını dəyişib.

 

Öztəkin teatr və ekran əsərlərində rol alıb. Aktyor 2012-ci ildən bugünədək efirə gedən “Səksənlər” serialında baş rollardan biri - Fehmi Özdemir obrazının ifaçısı olub. 

Müəllif: Ayna.az