“Qələmimizdən qəlbinizə” və “Misraların əsrarı”

Mədəniyyət

25.09.2022 - 22:31

Həvəskar şairlərin seçilmiş şeirlərindən ibarət kitabını təqdim edilib

Bu gün “Bookzone” kitab evində, “Laboratory of Art” incəsənət platforması həvəskar yazarların hekayələr toplusu olan “Qələmimizdən qəlbinizə” adlı kitabın ll tirajını, eləcə də “Misraların əsrarı” adlı həvəskar şairlərin seçilmiş şeirlərindən ibarət kitabını təqdim edib.

AYNA xəbər verir ki, kitabda 15 müəllifdən müxtəlif üslubda şeirlər cəmlənib.

Layihənin ideya müəllifi ölkəmizin müasir ədəbiyyatında ilk qorxu janrının yazarı Fərid Nəsibzadədir.

“Bu gün biz verdiyimiz vədlərin arxasında olduğumuzu bir daha həm müəlliflərimizə, həm də oxucularımıza, yanımızda olan dostlarımıza bir daha sübut etdik. İstər həkayələr kitabımızın ll tirajı, istərsə də “Misraların əsrarı” adlı şeir kitabımız bu gün oxucularıyla qovuşdu. Biz mütləq şəkildə “Brendbuk” layihəmizi davam edəcəyik. “Laboratory of Art” brendi adı altında yeni-yeni kitablarımız olacağına səmimi qəlbdən inanırıq”, - deyə Nəsibzadə bildirib.

Qeyd edək ki, layihənin çap tərəfdaşı “Bookzone Group”dur.

“Qələmimizdən qəlbinizə” və “Misraların əsrarı” “Qələmimizdən qəlbinizə” və “Misraların əsrarı” “Qələmimizdən qəlbinizə” və “Misraların əsrarı”
Müəllif: Ayna.az