Prezidentdən Fərhad Bədəlbəyli barədə SƏRƏNCAM

Mədəniyyət

26.12.2022 - 16:21

Xalq artisti “Şərəf” ordeni ilə təltif olunub

Fərhad Şəmsi oğlu Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilib. AYNA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xalq artisti Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə, bu ordenə layiq görülüb.

Müəllif: Ayna.az