Prezident və Birinci vitse-prezident Şəkidə

Xəbərlər

02.12.2022 - 15:03

İlham Əliyev və Mehriban Əliyeva Şəki rayonuna səfər ediblər

Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki rayonuna səfər ediblər.

AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Müəllif: Ayna.az