Pentaqon rəhbəri general və admiralları təcili iclasa çağırıb

Dünya

26.09.2025 - 11:22

Xaricdə yerləşən bir çox komandirlərin də görüşdə şəxsən iştirak etməsi tələb olunub

Pentaqonun rəhbəri Pit Heqset izahat vermədən təcili olaraq yüzlərlə general və admiralı iclasa çağırıb. AYNA.AZ “washingtonpost.com”a istinadən bildirir ki, çağırış briqada generalı və ondan yuxarı rütbəli demək olar ki, bütün zabitlərə, o cümlədən dünya üzrə münaqişə zonalarında olan komandirlərə şamil edilib

Mənbələrdən birinə görə, Heqsetin addımı ictimaiyyət arasında ciddi narahatlıq yaradıb və "onlar bunun nə demək olduğunu anlamırlar".

Başqa bir mənbə qeyd edib ki, xaricdə yerləşən bir çox komandirlərin də görüşdə şəxsən iştirak etməsi tələb olunub.

Heqset əlavə edib ki, bu, adətən baş vermir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş