“Keşlə” yarımfinala vəsiqə qazanıb

İdman

07.02.2021 - 20:14

"Kəpəz" doğma meydanda da qalib gələ bilməyib

 

Bu gün futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin üçüncü cavab qarşılaşması keçirilib. AYNA xəbər verir ki, günün birinci matçında “Kəpəz” öz meydanında region təmsilçisi “Keşlə” klubunu qəbul edib.

 

Gəncə şəhər stadionunda baş tutan görüşdə paytaxt təmsilçisi meydan sahiblərini iki cavabsız qolla üstələyib.

 

Beləliklə, birinci oyunda minimal hesabla uduzan "Kəpəz" doğma meydanda da qalib gələ bilməyərək ölkə kuboku uğrunda mübarizəni dayandırıb.

 

Ötən gün keçirilən oyunlarda isə “Qarabağ” və “Sumqayıt” klubları yarımfinala vəsiqə qazanıblar.

Müəllif: Ayna.az