Operativ Qərargah COVID-19-la bağlı son vəziyyəti açıqlayıb

Aktual

05.12.2022 - 16:36

Azərbaycanda daha 13 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 261 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 268 nəfərdir.

Ölkədə son sutka ərzində 878, hazırkı dövrədək isə 7 383 253 test aparılıb.

Müəllif: Ayna.az