Millimizin AVRO-2021-dəki rəqibləri bəlli oldu

İdman

07.02.2020 - 15:56

Seçmə mərhələnin oyunları bu il avqust-sentyabr aylarında baş tutacaq

 

Voleybol üzrə AVRO-2021-in seçmə mərhələsinin qruplarının tərkibi müəyyənləşib. AYNA xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığmasının da rəqibləri bəlli olub.

 

Polşa, Çexiya, Estoniya və Finlandiyada keçiriləcək final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq millimiz F qrupunda qüvvəsini sınayacaq. Komandamızın rəqibləri Yunanıstan, Monteneqro və Gürcüstan olacaq.

 

Seçmə mərhələnin oyunları bu il avqust-sentyabr aylarında baş tutacaq. Kişilərin yarışında 26 komanda 7 qrupda iki dövrəli dairəvi sistemlə mübarizə aparacaq. Qrup qalibləri və 5 ən yaxşı ikinci yer sahibi final mərhələsinə yüksələcək.

 

Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan yığması 2021-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindən azaddır. Millimiz AVRO-2019-dakı nəticəsinə əsasən Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyanın birgə təşkil edəcəyi final mərhələsinə vəsiqə qazanıb. 

Müəllif: Ayna.az