Milli Məclisdə HDP dəstəkçiləri barədə hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ

Xəbərlər

02.05.2023 - 15:55

Sabir Rüstəmxanlı: “Ötən seçkilərdə Azərbaycanda olan Türkiyə vətəndaşlarının 25 faizdən çoxu HDP-yə səs vermişdi”

Milli Məclisin bu gün keçirilən iclasında Türkiyədə PKK terror təşkilatının siyasi qanadı kimi xarakterizə olunan Xalqların Demokratik Partiyasının (HDP) Azərbaycandakı tərəfdarlarının araşdırılması ilə bağlı təklif verilib. AYNA xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

“Türkiyədəki prezident və parlament seçkilərində xaricdə səsvermələr 9 mayda başa çatacaq. Azərbaycanda olan Türkiyə vətəndaşları da seçkilərdə iştirak edəcəklər, səs verəcəklər. Amma ötən seçkilərdə Azərbaycanda olan Türkiyə vətəndaşlarının 25 faizdən çoxu HDP-yə səs vermişdi. HDP terrorla bağlı bir partiya olduğu üçün bu məsələ bizi ciddi narahat edir”, - deyə rüstəmxanlı bildirib.

Millət vəkili çağırış edib ki, hüquq-mühafizə orqanları məsələ ilə məşğul olsunlar: “Azərbaycanda yaşayan HDP dəstəkçiləri ilə bağlı araşdırmalar aparılmalıdır. Açkara çıxarılmalıdır ki, terrorçuları kim dəstəkləyir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş