Məşhur aparıcı elə əməl üstündə yaxalandı ki...

Maraqlı

10.07.2019 - 09:29

Aparıcı iddiaları təkzib etsə də, polis onun telefonundan həmin qadının uyğunsuz fotolarını aşkarlayıb

 

Son dövrlərdə küçədə qadınlara qarşı zorakılıq və təcavüzün artdığı Cənubi Koreyada, qadınlara qarşı əxlaqsız hərəkət edən məşhur bir diktor yaxalanıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, SBS telekanalının 55 yaşlı məşhur xəbər aparıcısı Kim Sung-Joon metroda bir qadının ətəyinin altından şəklini çəkən zaman tutulub.

 

Hadisənin fərqinə varan vətəndaşlar dərhal polisə müraciət ediblər və polis şikayətləri nəzərə alaraq aparıcını nəzarətə götürüb. Aparıcı iddiaları təkzib etsə də, polis onun telefonundan həmin qadının uyğunsuz fotolarını aşkarlayıb.

Nəzarətə alındıqdan qısa bir müddət sonra sərbəst buraxılan aparıcı fotolarını çəkdiyi qadından və işlədiyi telekanalın kollektivindən üzr istəyib və etdiyi hərəkətə görə həyatı boyu vicdan əzabı çəkəcəyini bildirib.

 

Baş vermiş hadisədən sonra istefa verən aparıcı 1991-ci ildən SBS telekanlında baş xəbər bülleteninin aparıcısı kimi çalışırmış. Bununla yanaşı radioda veriliş aparırmış.

Müəllif: Ayna.az