"Maraqlıdı, adamlar ölüm xəbəri axtarırlar. Niyə?"

Maraqlı

05.09.2019 - 20:28

"Ən çox söymək istəyir, aşağılamaq və alçaltmaq istəyir"

 

"Bir dəfə bir dostumuz yazı yazdı, başlığına o sözü çıxardı - yəni seks sözünü. Oxundu. Amma elə ilk abzasda yazmışdı ki, sizə tamam başqa mətləblərdən danışan bu yazını oxutmağın başqa yolunu görmürəm. Bir müddət media İP üçun belə də elədi və effekt verdi".

 

AYNA xəbər verir ki, bunu jurnalist-yazar Rəbiqə Nazimqızı sosial şəbəkədəki hesabında paylaşıb. 

 

R.Nazımqızının müşahidələrinə görə, bu üsul da artıq fayda vermir: "Amma oxuMAyıcı daha hiyləgərdi, artıq başlığa baxıb, yazını oxumadan fikir bildirir. Daha ona 18+ maraqlı deyil, artıq o özü danışmaq, yazmaq, ağıllı və "cool" görunmək istəyir, amma ən çox söymək istəyir, aşağılamaq və alçaltmaq istəyir".

Картинки по запросу rəbiqə nazimqızı

"Neçə vaxtdı muxtəlif səhifələrdə 18+ materiallara yazılan şərhlərə baxıb, bu qənaətə gəlmişəm ki, adamlar heç erotika və porno da axtatmırlar, adamlar məhz aqressiyalarına hədəf axtarırlar. Bəyənmirsənsə, oxumaya bilərsən də. Oxumursansa, rəy bildirmək nəyinə lazımdı?", - deyə publisist qeyd edib.

 

R.Nazimqızı təəssüflə vurğulayıb ki, indi ən çox qəza xəbərləri oxunur: "Maraqlıdı, adamlar ölüm xəbəri axtarırlar. Niyə? Çəmiyyətin psixologiyasında nə baş verir?"

Müəllif: Ayna.az