"Laboratory of Art"ın "BRENDBUK 2" layihəsi cərçivəsində platformanın yazarlarının beyin məhsulu olan hekayələr kitabı təqdim olunub
Oktyabrın 20-də "Laboratory of Art" sosial platformasının "BRENDBUK 2" layihəsi cərçivəsində adı çəkilən sosial platformanın yazarlarının beyin məhsulu olan "Könül dəftərimiz" adlı hekayələr kitabının təqdimatı olub.
AYNA xəbər verir ki, təqdimat zamanı “Laboratory of Art” sosial platformasının və mövcud layihənin rəhbəri Fərid Nəsibzadə, İdarə Heyətinin rəhbəri Araz Məmmədov (Yaquboğlu) və müəlliflər, eləcə də təqdimata dəvət olunmuş qonaqlar çıxış ediblər.
"Bu artıq ölkə ədəbiyyatına dördüncü hədiyyəmizdir", deyə Fərid Nəsibzadə bildirib.